Rusiya raket hücumlarını Ukraynanın infrastrukturunu məhv etməyə yönəldir.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski “RBK Ukraina”ya müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın əsas hədəfləri ilk növbədə hərbi-sənaye kompleklərinin obyektləri, qərargahlar, idarəetmə sistemləri və cəbhə xəttində yerləşən ayrı-ayrı bölmələrdir: “Rusiyanın istifadə etdiyi silahlar, xüsusən də “Xəncər” çox qeyri-dəqiqdir. Qarşı tərəf məqsədlərinə çatmır. Lakin təəssüf ki, Rusiya raketlərindən əziyyət çəkən əsasən mülki əhalidir”.
V.Skibitskinin sözlərinə görə, Ukraynanın enerji sistemləri üçün təhlükə qalmaqdadır.
Qeyd edək ki, Rusiya son zamanlar Ukraynaya qarşı yeni silsilə kütləvi hücumlar həyata keçirir.