Hava şəraiti ilə bağlı ölkə polisinə göstərişlər verildi

Hava şəraiti ilə bağlı ölkə polisinə göstərişlər verildi backend

Yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var.

QAZİLER.AZ  verdiyi xəbərə görə bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Sürücülər sürət həddini hava şəraitinə uyğun tənzim etməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.

Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.

Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər.

 

 

 

Diaspora