Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.
"Qaziler.az" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, xəbərdarlıqda deyilir ki, xəbərdarlığa əsasən, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərə kimi davam edəcək.
Açıq dənizdə küləyin surəti arabir 30-32 m/s-dək güclənəcək.
Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.