Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.
TƏBİB-dən Apa-ya verilən xəbərə görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
***
11:58
Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Apa-ya verilən xəbərə görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.