Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə müraciət edib. Mərkəzdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, 12 oktyabr tarixindən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib.
Belə ki, əvvəllər Oksford məktəbi- Elmlər Akademiyası m/s – Bakıxanov küç. – Həsən Əliyev küç. – Gənclik (5 saylı xəstəxana) – Ağa Nemətulla küç. – F. Xoyski küç. – Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbin qarşısından Gənclik m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcək.6 nömrəli marşrutun istiqaməti dəyişdirild

