Avropa Sosial Şəbəkəsi Azərbaycanın sosial ödənişlərin proaktiv təyinat təcrübəsi barədə məlumat dərc edib

Avropa Sosial Şəbəkəsi Azərbaycanın sosial ödənişlərin proaktiv təyinat təcrübəsi barədə məlumat dərc edib backend

Avropa Sosial Şəbəkəsi öz rəsmi saytında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial ödənişlərin proaktiv təyinatı mexanizmi barədə "Yaxşı təcrübə" nümunəsi olaraq məlumat yerləşdirib.

Bu barədə Qaziler.az-a nazirlikdən bildirilib.

Məqalədə proaktiv təyinat mexanizmi layihəsinin xüsusi önəmi və məqsədi, iş prinsipi, nailiyyətləri və  müəyyən statistik məlumatlar qeyd olunur. 

Bu mexanizmin vətəndaşların sosial ödəniş almaq hüquqlarını avtomatik müəyyən edərək, onların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan təyinat aparmağa, bu sahədə şəffaflığın və operativliyin təminatına imkan yaratdığı qeyd olunur. Həmçinin nəticədə sosial ödənişlərin təyinatında kağız əsaslı sənəd dövriyyəsini maksimum azaldığı bildirilir. 

Avropa Sosial Şəbəkəsi 2011-ci ildən üzv ölkələrinin sosial xidmətlərin göstərilməsi istiqamətində effektiv həllər sahəsində qabaqcıl təcrübələrini paylaşır. 

Bundan əvvəl, ötən il Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “VII FinTech Awards 2023” müsabiqəsinin “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023” nominasiyası üzrə mükafatı ilə təltif olunub. 

2023-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT İnkişaf Proqramının “SDG Digital” tədbiri çərçivəsində keçirdikləri “SDG Digital GameChangers Award” müsabiqəsində də sosial ödənişlərin proaktiv təyinatı layihəsi finalçılar siyahısında  yer alıb.

https://www.esn-eu.org/practices/proactive-social-payments-mechanism

https://www.esn-eu.org/practices/proactive-social-payments-mechanism
Diaspora