“Naxçıvan Orqanik” publik hüquqi şəxsi və onun ilk rezidenti olan “Zəngi-2023” MMC-nin birgə əməkdaşlığı ilə Babək rayonunun Hacıvar kəndində orqanik bağ salınıb.
Qaziler.az xəbər verir ki, salınan bağ 50 ha ərazidə nəzərdə tutulub, əkin üçün hazır vəziyyətə gətirilib və ilkin addımlar atılıb. Bu məqsədlə bu gün 3000 ədəd ərik tingi əkilib.
Bağın salınmasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Babək Rayon İcra Hakimiyyətinin və “Zəngi-2023” MMC-nin əməkdaşları, aqrar könüllülər, rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda orqanik məshul yetişdiriciliyi və istehsalının genişləndirilməsi qarşıya hədəf kimi qoyulub.