Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun əmri ilə universitetin Beynəlxalq əlaqələr uzrə prorektorluğu nəzdində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb.
Universiytetdən QHT.az-a verilən məlumata görə, Mərkəz Qərbi Azərbaycanla bağlı elmi araşdırmaların simpozum, seminarlar, konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tarix üzrə fəlsəfə doktoru Leyla Calalova mərkəzin rəhbəri təyin edilib.
Qeyd edək ki, Leyla Calalova Qərbi Azərbaycandan deportasiya edilərək Bərdə rayonunda məskunlaşmış ailədə böyüyüb.