Əməkdar artist, teatr və kino aktyoru, rejissor Sərvər Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Bu barədə Apa-ya sənətçinin özü məlumat verib.
Onun sözlərinə görə, açıq ürək əməliyyatına qərar verilib.
“Bir neçə gündür, özümü pis hiss edirəm. Anju edilmişəm. Bir neçə günə açıq ürək əməliyyatı olunacağam. Gözləyirik”, - Sərvər Əliyev əlavə edib.