Azad edilmiş ərazilərdəki seçki məntəqələrində yaradılan şərait açıqlandı

Azad edilmiş ərazilərdəki seçki məntəqələrində yaradılan şərait açıqlandı backend

“Növbədənkənar prezident seçkisi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq yaradılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, həmin məntəqələr lazımi avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Diaspora