7 fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkisi üçün qeydə alınan namizədlərin təbliğat kampaniyası 15 yanvarda başlayacaq.
QAZILER.AZ. Axar.az-a istinaden xəbər verir ki, bu barədə məlumat MSK-nın dərc etdiyi Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planında əks olunub.
Təbliğat kampaniyası seçki gününə 24 saat qalmış – 6 fevral saat 8:00-da dayandırılacaq.
Qeyd edək ki, MSK qeydə alınan namizədlərin siyahısını ən geci 18 yanvara qədər dərc etməlidir.
İndiyə qədər yalnız 3 namizəd – İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb.
Ümumilikdə 17 nəfər namizədliyini irəli sürüb