Bu il mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda yanan 16 mərtəbəli binanın bir qrup sakini aksiya keçirəcək. Bina sakinlərinin Lent.az-a verdiyi məlumata görə, aksiya oktyabrın 10-da saat 11-də olacaq.
Etiraz edənlər əsasən qeyri-yaşayış sahələrinin yanmasına görə, kompensasiya tələb edənlərdir.Qeyd edək ki, məlum hadisə zamanı binanın həyətindəki bir neçə obyektə, eləcə də nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.