31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi Naxçıvan şəhərində böyük coşqu ilə qeyd edilib.
QAZILER.AZ. AZƏRTAC-a istinaden xəbər verir ki, minlərlə sakin və qədim diyarın qonaqları şəhərin baş meydanına toplaşaraq Yeni ili birlikdə qarşılayıblar.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri şəhər meydanına gəlib, Yeni il şənliyini izləyiblər.
Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.
Yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm atəşfəşanlıq olub. Bu qədim diyarın sakinləri 2024-cü ili xoş ovqat və böyük təntənə ilə qarşılayıblar.