Qızılağac Milli Parkına həsr olunmuş filmin ərsəyə gəlməsinə səkkiz il vaxt sərf olunub

Qızılağac Milli Parkına həsr olunmuş filmin ərsəyə gəlməsinə səkkiz il vaxt sərf olunub backend

Biz artıq 10 ildir ki, “Azərbaycanın 10 möcüzəsi” layihəsi üzərində işləyirik. Layihə Azərbaycanda hazırda sayı 10-a çatan milli parkların təbiəti haqqında filmlərin çəkilişinə istiqamətlənib. Lakin bundan başqa, biz qoruqları, IDEA-nın köməyi ilə mühafizə olunan heyvanları da çəkirik. Bu işin nəticəsi 7 tammetrajlı filmdir. Yeddinci film olan Qızılağac Milli Parkı - Xəzər nağılı"nin ərsəyə gəlməsinə səkkiz il vaxt sərf olunub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu müsahibəsində filmin rejissoru İqor Bışnyov deyib.

Onun sözlərinə görə, filmin ilk çəkilişlərinə 2017-ci ildə başlanılıb: “Ərazi olduqca maraqlıdır. Bildiyim qədər milli parklar sırasında Qızılağac Milli Parkı ən gəncdir. Lakin Azərbaycanın ən qədim təbiət mühafizəsi ərazilərindən biridir. Yəni, bütün dünya Qızılağacı ornitoloji ərazi kimi tanınır. Çünki əslində burada quşların unikal qışlama yerləri, unikal yuva koloniyaları var. Biz filmimizdə əlbəttə ki, quşları göstəririk. Lakin bundan başqa vəzifəmiz həmin ərazinin böyük ornitoloji əhəmiyyətini nümayiş etdirməkdir. Buna görə də filmdə müxtəlif heyvanlar - həşəratlardan tutmuş, dördayaqlı yırtıcı heyvanlaradək, ilanlar, amfibiyalar haqqında xeyli əhvalatlar var. Fikrimcə, həm maarifləndirici, həm təbiəti mühafizəedici, həm də unikal təbiətə malik Lənkəranı Azərbaycanın bir hissəsi kimi təqdim edən film çoxları üçün maraqlı olacaq”

 

 

Diaspora