Baş Dövlət Yol Polisi İdarəsi Bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən müraciəti təqdim edir:
“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün yol hərəkəti iştirakçılarını ürəkdən təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün hər kəsi küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq.
Qeyri-iş günlərində rayonlararası yollarda hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Mənzil başına sağ-salamat çatmağınız, bayramı xoş əhval-ruhiyyə ilə keçirməyiniz üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi xahiş edirik.
Bayramınız təhlükəsiz olsun!”.