Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib backend

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

QAZİLER. AZ  AZƏRTAC-a istinadən  xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

 

 

Diaspora