Sabunçu-Bakıxanov yolunda yağış-kanalizasiya sistemi qurulur

Sabunçu-Bakıxanov yolunda yağış-kanalizasiya sistemi qurulur backend

Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan (Komsomol dairəsi) Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulmasına işlərinə start verilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA TV-yə verilən məlumata görə, yağış-kanalizasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb.

Səth sularının normal axıdılması üçün 400 millimetr diametrlik borudan istifadə olunur, hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək, asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən lazımi sayda qüvvə cəlb olunub. İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır. Yaranmış müvəqqəti narahatlığa görə cəmiyyət vətəndaşlardan üzr istəyir.

Diaspora