1,5 milyon manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

1,5 milyon manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib backend

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi istiqamətində tədbirləri gücləndirib.

ƏƏSMN-nin mətbuat xidmətindən QAZILER.AZ-a verilən məlumata görə, cari ilin sentyabr ayında həyata keçirilən nəzarət tədbirləri və vətəndaşların müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində Xidmət ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox, yəni 863001 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsait əsasən gecikdirilmiş əmək haqlarından ibarət olub. Bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının daha çox sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib və belə hallara yol vermiş işəgötürənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tədbirlər görülüb.
Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,6 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 1407267 manatı (93,6 faiz) əmək haqlarından, 82947 manatı (5,5 faiz) işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub.
Hesabat dövründə işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 16 nəfər Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunub.
Diaspora