Azərbaycan Ermənistanla sülh müqaviləsi üçün ciddi maneə görmür.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.
H.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır.
"Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Azərbaycan və Ermənistan arasında hələ də əlavə danışıqlara ehtiyac var", - deyə o bildirib.