Daha 25 ailə Laçına yola salınıb - FOTO - YENİLƏNİB

Daha 25 ailə Laçına yola salınıb -  FOTO - YENİLƏNİB backend

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Apa xəbər verir ki, Laçın şəhərinə növbəti köç karvanı bu gün yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçına daha 25 ailə - 80 nəfər köçürülüb.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Onu da qeyd edək ki, Bakı şəhərindən 13 ailə-38 nəfər, Bərdə rayonundan 5 ailə -17 nəfər, Sumqayıt şəhərindən 5 ailə -15 nəfər, Abşeron rayonundan 2 ailə-10 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.

***

05.50

Bu gün Laçın şəhərinə növbəti köç yola salınır.

APA xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfər köçürülür.

Bakı şəhərindən – 13 ailə (38 nəfər), Bərdə rayonundan – 5 ailə (17 nəfər), Sumqayıt şəhərindən – 5 ailə (15 nəfər), Abşeron rayonundan – 2 ailə (10 nəfər) Laçına yola salınır.

Bununla da Laçın şəhərinə cəmi 408 ailə (1555 nəfər) köçürülmüş olacaq.

Diaspora