İtaliyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 480 milyon dolları ötüb. Bununla belə, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və gələcək inkişafı üşün böyük potensial mövcuddur.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov İtaliya və Azərbaycan şirkətlərinin nümayəndələrinin ikitərəfli görüşlərinə həsr edilmiş mətbuat konfransında deyib.Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr bütün sahələrdə, o cümlədən iqtisadə sahədə yüksələn xətt üzrə inkişaf edir: "İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 5 milyard dolları ötüb, cari ilin 8 ayında isə təqribən 1,8 milyard dollar təşkil edib. Azərbaycanda İtaliya sərmayəsi ilə 66 şirkət fəaliyyət göstərir".
S.Məmmədov qeyd edib ki, son 20 ildə (1995-2014-cü illər) ölkəyə ümumilikdə 200 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısından çoxunu xarici sərmayələr təşkil edir.