"Qarabağ qaziləri" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təbrik etdi

"Qarabağ qaziləri" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təbrik etdi backend

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün dövlət strukturları arasında yükü çox olan nazirlikdir. Çünki bu qurum ən çox vacib sahəni – sosial sahəni əhatə edir”.

Bu fikirləri Qaziler.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 105-ci ildönümü ilə bağlı açıqlamasında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bildirib. Qarabağ qazisi nazirliyin əməkdaşlarına göstərdikləri xidmət sahəsində uğurlar arzulayıb.

“ "Qarabağ qaziləri" ictimai birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasında təmsil olunur. Təşkilat olaraq nazirliklə sıx təmasdayıq, əməkdaşlıq edirik, şəhid ailələrimizin, qazilərimizin, veteranlarımızın problemlərini qaldırırıq, imkan daxilində onların həllinə nail oluruq.

Qeyd edək ki, bu günləri ən çox tənqid olunan nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, daim cəmiyyətin diqqətindədir. Bunun da obyektiv, subyektiv səbəbləri var. Amma bütün bunlara baxmayaraq, ölkə vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaq üçün qanunvericilikdən, prezidentin tapşırığından irəli gələn işlər həyata keçirilir. Düzdür, nazirliyin bir çox qurumlarında müəyyən nöqsanlar, çatışmazlıqlar var. Amma bunu da açıq qeyd edək ki, nazirlik xeyli işlər görüb. Burada böyük bir komanda çalışır, əziyyət çəkir və biz bunun fərqindəyik. Bu müddət ərəzində xeyli işlər görülüb. Bu əlamətdar gün münasibəti ilə "Qarabağ qaziləri" adından Cənab nazir başda olmaqla nazirliyin bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq ”.

Asəf Əliyev onu da xüsusi vurğuladı ki, İlham Əliyevin Şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğısını əks etdirən birdəfəlik ödəmələrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən verilməsinə başlanıldı: "Bundan əvvəl 1997-ci ilə kimi Şəhid olan və yaralanan müharibə iştirakçılarına sığorta pulu verilmirdi. “Qarabağ qaziləri” İB bir neçə təşkilatlarla, şəhid ailələri ilə birlikdə uzun illər bu məsələnin mübarizəsini apardı. Sahil Babayev nazir təyin ediləndən sonra bu məsələ daha ciddi şəkildə araşdırılmağa başlanıldı, prezidentə çatdırıldı və həll olundu. Beləliklə, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən  aldığı xəsarətlər nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi təmin edildi. Bu təxminən 18 minə yaxın şəxsi əhatə edən böyük bir iş oldu".

Xatırladaq ki, əsası 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasından 105 il  ötür.

QAZİLER.AZ

Diaspora