Əfsanəvi boksçu Almatıda itkin düşüb - FOTO

Əfsanəvi boksçu Almatıda itkin düşüb - FOTO backend

Əfsanəvi qazax boksçusu, keçmiş Avropa çempionu Serik Nurkazov Almatıda itkin düşüb.

Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, bu barədə Qazaxıstan Boks Federasiyasının İnstaqram səhifəsində məlumat yayılıb.

“Koğam” itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan çevik əməliyyat qrupu öz İnstaqram səhifəsində qeyd edir ki, Serik Nurkəzov dekabrın 14-də evindən naməlum istiqamətdə çıxıb və hələ də geri qayıtmayıb.

Polis şöbəsindən bildiriblər ki, hazırda Medeu rayon polis şöbəsi faktla bağlı axtarış aparılır.

"İtkin düşmüş şəxsin yerinin müəyyən edilməsi və ailəsinə qaytarılması istiqamətində əməliyyat-axtarış tədbirləri  həyata keçirilir", - Almatı Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

64 yaşlı Serik Nurkazov Qaraqanda vilayətində doğulub, boks üzrə SSRİ-nin əməkdar idman ustası, 1983-cü il Dünya Kubokunun gümüş mükafatçısı, 1981-ci il Avropa çempionatının bürünc mükafatçısı, 1983-cü ilin Avropa çempionu, dəfələrlə SSRİ çempionu olub. 

QAZİLER.AZ

 

Diaspora