Bu gün Bakıda dispers toz hissəcikləri 1.2 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar həm lokal, həm transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.