Qazi rejissorun filmi beynəlxalq mükafat aldı - FOTO/VİDEO

Qazi rejissorun filmi beynəlxalq mükafat aldı - FOTO/VİDEO backend

"24Media.az"ın növbəti qonağı rejissor Nicat Cəlilov olub. O, təqdimatı yenicə keçirilən "Bura mənim evimdir" filmi haqqında sualları cavablandırıb.

"Növbəti mərhələdə filmin dünyada da nümayiş etdirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən "10-cu Beynəlxalq Ege Art" qısa film festivalında nümayiş olunub. Film məcburi köçkünlər tərəfindən hazırlanıb. Rejissor – mən, Nicat Cəlilov Ağdam rayonundan məcburi köçkünəm. Özüm, həm də atam – Kərim Cəlilov Qarabağ müharibəsinin iştirakçısıdır. Filmin çəkiliş heyətinin digər üzvləri: İsa İsmayılov Laçın, Əsgər Xudiyev Cəbrayıl, Fuad Cəfərov Ağdam rayonundan məcburi köçkünlərdir.

20 noyabr 2023-cü ildə Bakı şəhərində Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlərin iştirakı ilə filmin təqdimatı keçirilib. Film yaxın zamanda hər kəs üçün əlçatan olacaq.

Film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna – Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edir. Cəbrayıl rayonunun işğal altında olduğu 30 ilə yaxın müddətdə ermənilərin azərbaycanlı əhalinin yaşayış yerlərini, buradakı fərdi evləri və inzibati binaları necə xarabalığa çevirmələri, ətraf mühitə və ekologiyaya sağalmaz yaralar vurmaları filmdə öz əksini tapıb. Filmin 10-cu Beynəlxalq Ege Art qısa film festivalında nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və “Vəfa” mükafatına layiq görülüb".

Diaspora