Gün ərzində çirkləndirici qaz qarışıqlarından dəm qazının miqdarı Bakı şəhəri üzrə 1.3 dəfə yüksək olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.