AZAL-dan xanımlara İŞ TƏKLİFİ

AZAL-dan xanımlara  İŞ TƏKLİFİ backend

"Azərbaycan Hava Yolları" QSC (AZAL) namizədləri aviaşirkətin təcrübəli təyyarə bələdçiləri komandasına qoşulmağa dəvət edir.

Qaziler.az bu barədə AZAL-a istinadən xəbər verir.

Təyyarə bələdçiləri ekipajın ayrılmaz hissəsi olaraq hər bir uçuşda vacib rol oynayırlar. Onlar sərnişinlərin rahatlığı üçün xidmət göstərməklə yanaşı, təyyarə göyərtəsində təhlükəsizliyi təmin edirlər.

Problemlərin həllində çeviklik, hər sərnişinə fərdi yanaşma, istənilən vəziyyətə tez reaksiya vermək bacarığı bu peşəni xüsusi edən əsas cəhətlərdir.

Təyyarə bələdçisi vəzifəsinə müraciət edən namizədlər dəqiqlik, operativlik və punktuallıq kimi keyfiyyətlərə sahib olmalı, stresli vəziyyətlərdə soyuqqanlı davranmağı bacarmalıdırlar.

“Təyyarə bələdçisi” vəzifəsinə dair tələblər haqqında ətraflı məlumat üçün bu linkə daxil olun: https://glorri.com/azal/6580431c21cae5c4b836ca95

Namizədlər bu vakansiya üzrə www.azal.az saytının "Karyera" bölməsindən müraciət edə bilərlər. Həmçinin CV-ləri [email protected] poçt ünvanına göndərmək və yaxud Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Beynəlxalq uçuşlar” (Şimal) girişində yerləşdirilən xüsusi qutuya atmaq olar.

Diaspora