Azərbaycan Auditorlar Palatası üç sabiq əməkdaşının cinayət məsuliyyətinə cəlb edilməsi barədə açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxili araşdırma zamanı 2018-2023-cü illər ərzində Maliyyə və Texniki Təminat İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib.
Bunu nəzərə alaraq palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib:
“Məsələnin araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tamamlanıb. Cinayət işi müvafiq məhkəmədə baxılmaq üçün təqdim ediləcək”.
09:24
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.
İlkin məlumata əsasən, mənimsənilən məbləğ bir milyon manatdan çoxdur.
Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.