Qızılcadan vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışdılar - VİDEO

Qızılcadan vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışdılar - VİDEO backend

Lənkəranda qızılca xəstəliyindən vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışıblar.

Mərhumun dayısı Fəxrəddin Nəzərov bildirib ki, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə bir həftə öncə xəstələnib və müalicə aldıqdan sonra vəziyyəti yaxşılığa doğru gedib:

“Dünən bir anda gördük ki, uşağın vəziyyəti ağırlaşıb. Təcili yardım gəldikdə, uşağı xəstəxanaya aparmaq istədi. Biz dedik ki, xəstəxanaya aparmaq lazım deyil”.

Vəfat edən azyaşlının babası Şücaət Rufullayev qeyd edib ki, təcili yardım getdikdən bir müddət sonra Uğurun vəziyyəti pisləşib və onu xəstəxanaya aparsalar da uşağı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bununla son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq səkkizinci uşaq dünyasını dəyişib.

Ətraflı Baku TV-nin süjetində:

Diaspora