Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı Orxan Quliyev dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib. O, döyüşdə qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat edilib, sağalaraq 14 gündən sonra yenidən döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu il aprelin 18-də Milli Onkologiya Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib.