“Alphabet” latın əlifbasını əhatə edən domeni satın alıb

“Alphabet” latın əlifbasını əhatə edən domeni satın alıb backend

“Google”un yenidən strukturlaşdırması nəticəsində yaradılmış “Alphabet” şirkəti latın əlifbasının 26 hərfini də əhatə edən “abcdefghijklmnopqrstuvwxyz.com” domenini satın alıb. Bu barədə məlumat “The Wall Street Journal”ında dərc olunub.



Qeyd olunub ki, “Whois” xidmətinin məlumatına əsasən, domen adı 1999-cu ildə qeydiyyatdan keçirilib, lakin heç bir sayta aid olmayıb. Amma 2015-ci il oktyabrın 7-də bu domen adının sahibi kimi “@google.com” domeninə malik elektron poçt ünvanı göstərilib. “Alphabet” şirkəti bu informasiyanı təsdiqləyib.

Bu il avqustun 11-də “Google” genişmiqyaslı yenidən strukturlaşdırma haqda elan edib: internet biznesdən uzaq həllərlə məşğul olan bölmələr ayrıca şirkətə ayrılaraq “Google” ilə yanaşı, “Alphabet” şirkətinin tərkibinə daxil edilib. Hazırda “Alphabet” kapitallaşmasına görə dünyanın ikinci şirkətidir.
Diaspora