“Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi BDU-da layihə təqdim etdi - FOTO

“Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi BDU-da layihə təqdim etdi -  FOTO backend

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Bakı Dövlət Universitetində layihə gerçəkləşdirib

Redaktor.az xəbər verir ki, “Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbə və müəllim heyətinə orjinal layihə təqdim edib.

Bu barədə QHT-nin təsisçisi Təranə Tağıyeva məlumat verib. Onun sözlərinə görə, layihənin orijinallığı ondan ibarətdir ki, bir smesrt ərzində tələbələr öyrəndiklərini əyani şəkildə – diplomat, konsul, Xarici İşlər Nazirliyinin sözçüsü rolunda təqdim etməklə bu işin öhdəsindən peşəkarcasına gədiyini göstərməlidirlər.

“Onların bu performansı jüridə təmsil olunan müəllim və tələbələr tərəfindən dəyərləndirilir. Mövzular üzrə qaliblərə diplomlar və hədiyyələr verilir”, – deyə T.Tağıyeva bildirib.

Qeyd edək ki, müsabiqənin layihə rəhbəri həm də Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin müəllimidir. O, belə layihələrin gənc tələbələrin peşəkar kimi yetişməsinə və onlarda özünəinamın artmasında əvəzsiz rol oynadığını vurğulayıb.

“Gənclərimiz, ələxsus da təhsilli gənclərimizin özləri elə bizim dövlətimizin nurlu sabahıdır. Belə layihələrə dəstək olan ictimai birliklər, təşkilatlarsa həmişə dövlətin yanında olmalı və onun siyasətini dəstəkləməlidirlər”, – “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin həmtəsisçisi vurğulayıb.

 

 

 

 

Diaspora