"Azərbaycanda 42 min insan tam korluqdan əziyyət çəkir. Onlardan 30 %-i, yəni 14 mini uşaqdır". Z. Əliyeva adına Azərbaycan Elmi- Tədqiqat Göz Xəstəlikləri İnstitutundan Lent.az-a verilən məlumata görə, böyüklər arasında tam korluqdan əziyyət çəkənlərin yaş həddi daha çox 55 - 70 yaş arası, uşaqlarda isə 15 yaşa kimidir.
Dünya Görmə Günü (World Sight Day) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı günü qeyd olunur. Bu tarix korluq problemləri, görmə qabiliyyətinin pisləşməsi və göz pozğunluğu olan insanların reabilitasiyası kimi məsələlərə qlobal diqqətin çəkilməsi üçün təqvimə salınıb.Qeyd edək ki, dünyada təxminən 300 milyon adamın 41 milyonu korluqdan əziyyət çəkir. Korluqdan əziyyət çəkən insanların 82% yaşı 50-dən yuxarı olanlardı.
Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri ilə insanların sayı 45 min artır.