Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dekabrın 16-da dağlıq və dağətəyi yollarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.