YAP İdarə Heyətinin genişləndirilmiş iclası başlayıb

YAP İdarə Heyətinin genişləndirilmiş iclası başlayıb backend

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

Trend xəbər verir ki, iclasda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur.

- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;

- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;

- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;

- Təşkilati məsələlər.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə açıqlamasında YAP İdarə Heyətinin iclasının keçiriləcəyini bildirmişdi.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Diaspora