Mən bu gün böyük həvəslə, şövqlə öz yurduma qayıdıram.
Bunu Trend-ə açıqlamasında Zabux kənd sakini Vəliyeva Gilə deyib.
O bildirib ki, bu günləri illərdi gözləyib.
“Şəhidlərimizin, qazilərimizin sayəsində bu günləri gördük. Öz doğma torpağımı hər an arzulamışam. Arzum həyata keçdiyi üçün çox xoşbəxtəm", - deyə o bildirib.
Qeyd edək ki, bugün kəndə 25 ailə - 92 nəfər köçürülür.