“Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə liderdir“

“Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə liderdir“ backend

Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Şortu qəbul edib.


Lent.az-ın məlumatına görə, ilk dəfə Azərbaycana 20 il əvvəl səfər etdiyini vurğulayan Kler Şort Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu və bu təşəbbüsdə liderlik nümayiş etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd edərək 2006-cı ildən böyük həcmdə neft istehsalına başlanıldığını deyib, yüksək neft qiymətlərinin ölkəmizdə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirib. Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan dövlətimizin başçısı bununla bağlı ölkəmizin gəlirlərinin azalmasına baxmayaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70 faizə yaxın olduğunu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uğurların əldə edildiyini deyib.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Diaspora