Ofisdən 24 milyonluq kağız oğurladı, özünə mənzil və maşın aldı

Ofisdən 24 milyonluq kağız oğurladı, özünə mənzil və maşın aldı backend

Rusiyanın Samara şəhərində prokurorluq ofisdən 24 milyon rubl dəyərində kağız oğurlayan 30 yaşlı yerli sakinə qarşı cinayət ittihamını təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə lenta.ru prokurorluğa istinadən məlumat verib.

Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (“Dələduzluq”) və 174.1-ci (“Çirkli pulların yuyulması”) maddələri ilə ittiham olunur. İş mahiyyəti üzrə baxılması üçün şəhərin Kuybışevski Rayon Məhkəməsinə göndərilib.

Müstəntiqlərin fikrincə, 2020-ci ilin mayından 2021-ci ilin oktyabrına qədər təşkilatın iqtisadi dəstək şöbəsinin baş mütəxəssisi şirkətdən ümumi dəyəri 24 milyon rubldan çox olan 112 min qutu ofis kağızı oğurlayıb. Bu pulla o, özünə mənzil və "Mercedes-Benz GLC 200 4MATIC" markalı avtomobil alıb.

Cinayət təqibindən xəbər tutan qadın əmlakını ucuz qiymətə satıb və yoxa çıxıb. İndi qadın beynəlxalq axtarışa verilib, barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

QAZİLER.AZ

 

Diaspora