İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov polis əməkdaşları tərəfindən həbs olunub və barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Teymur Kerimov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
12:52
İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.
Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.