Bu gün bir qrup tanınmış və aktiv Qarabağ qazisi gələn ilin fevralın 7–də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı təşəbbüs qrupu yaradıblar.
Bu barədə QAZİLER.AZ saytına Qarabağ qazisi, uzun illər seçki təcrübəsi olan, Təşəbbüs Qrupunun rəhbəri Yaşar Həzıyev məlumat verib.
“Biz bir qrup Qarabağ qazisi dünən bir araya gələrək ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, qəhrəman əsgər və zabitlərimizin, xalqımızın dəstəyi ilə bütün Qarabağı azad edən Müzəffər, Qazi Ali Baş Komandanımız İlham Əliyevin namizədliyini irəli sürərək təşəbbüs qrupu yaratdıq. Düşünürük ki, Azərbaycanın 30 illik işğalına son qoymağı bacaran, bu gün dünya siyasət meydanında cəsarətlə, ləyaqətlə, əzmlə savaşan, ağlı, müdrikliyi ilə örnək olan İlham Əliyev yenidən Azərbaycanın Prezidenti olmalıdır! Biz bu yolda bütün Azərbaycan Qazilərini öz ətrafımızda toplayaraq, bu ali məqsədimizə çatmaq istəyirik. Xalqımızın da böyük əksəriyyətinin istəyi budur. Təşəbbüs qrupu qanunvericiliyə uyğun olan imzaları, sənədləri toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Allah bu işdə hər birinizə, hər birimizə kömək olsun!”deyə, Təşəbbüs Qrupunun rəhbəri bildirib.
QAZİLER.AZ