Ukraynanın istənilən sahədə uğursuzluğu Kiyev hakimiyyətinin nüfuzunun zəifləməsinə gətirib çıxarır.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. O vurğulayıb ki, bunu adi gözlə də görmək mümkündür.
“Ukraynada daim baş verən uğursuzluqların bir çoxu qayığın yellənməsinə və hakimiyyətin nüfuzunun sarsıdılmasına gətirib çıxarır - bu, doğrudan da çılpaq gözlə görünür”, - Peskov bildirib.
QAZİLER.AZ