Moskva metrosunda iki qadın yüksək səsli musiqiyə görə dava edib.
Qaziler.az bildirir ki, Moskva prokurorluğu bu barədə dekabrın 8-də Telegram-da məlumat verib.
“İlkin məlumata görə, vaqonda iki qadın arasında münaqişə baş verib. Qadınlardan biri yüksək səsli musiqiyə görə digərinə irad bildirib, bundan sonra şifahi münaqişə davaya çevrilib, nəticədə 56 yaşlı zərərçəkən xəsarət alıb”, - məlumatda deyilir.
Yayılan videoda bir qadının oturmuş digər sərnişinə yaxınlaşaraq ona qarşı kobud rəftar edib . Buna cavab olaraq həmin qadın ayağa qalxaraq rəqibinin başına bir neçə zərbə endirib və onu oturacağa yıxıb.
QAZİLER.AZ videogörüntünü təqdim edir: