Qayıdanda elə bildim hamını Ağdamda qoyub gəlirəm...- Rey Kərimoğlu

Qayıdanda elə bildim hamını Ağdamda qoyub gəlirəm...-  Rey Kərimoğlu backend

Ağdamda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumda iştirak edən "Minalardan Zərərçəkənlər Asossasiyası"nın rəhbəri, Qarabağ qazisi, ağdamlı Rey Kərimoğlu budəfəki səfəri zamanı keçirdiyi qəribə hissdən danışıb.

Ağdama son səfəri ilə bağlı təəssüratlarını bizimlə bölüşən ağdamlı qazi Qaziler.az-a bunları deyib:

"Ağdam şəhərində böyük tikinti işləri başlayıb. Biz oradan çıxanda tikinti materialları daşıyan yük maşınları Ağdama gedirdi. Doğma şəhərim azad olunandan bəri bəlkə də 30 dəfə orada olmuşam. İlk dəfə idi ki, Ağdamdan çıxarkən geri baxanda qəribə, eyni zamanda xoş bir hiss yaşadım: sanki hamını Ağdamda qoyub gəlirəm. Elə bildim ki, hamı oradadır, mən isə Bakıya gedirəm. Bu, nə vaxtsa, yəqin ki, müharibədən əvvəlki hisslərimin oxşarıdı. Həsrətin olmadığı, olmayaçağı doğma hiss..."

QAZİLER.AZ

Diaspora