AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də baş verən zəlzələni heç özünün də hiss etmədiyini bildirib.
“Report”un məlumatına görə, o, bu gün keçirdiyi brifinqdə deyib, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur:
"Bu gün heç özüm zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çilçırağa baxdım, amma heç nə hiss etmədim".