Qurban Yetirmişli: "Afterşoklar olacaq"

Qurban Yetirmişli: "Afterşoklar olacaq" backend

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib.

“Report”a açıqlamasında Q.Yetirmişli qeyd edib ki, ola bilsin bu afterşoklar hiss olunmasın.

Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: "Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı. Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın".

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Diaspora