Dekabrın 4-də Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masa keçirilib.
Qaziler.az xəbər verir ki, tədbirdə iştirak edən "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu Beynəlxalq Qızıl Xaç Komitəsini sərt tənqid edib.
“2020-ci il 10 noyabr sazişindən sonra 2021-ci il, 2022-ci il istehsalı olan minaları ermənilər Rusiya sülhməramlılarının əli ilə, o cümlədən Qırmızı Xaç Cəmiyyəti orda ola-ola silah-sursat daşıdığı aşkarlandı. Bunların qarşısını almaq üçün BQXK Ermənistanı tənqid eləyən, qınayan bir çağırış edibmi?”, - Rey Kərimoğlu deyib.
Sözügedən çıxışı təqdim edirik: