"Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxış edərkən özünüməşğulluq problemlərinə toxunub.
Qaziler.az bildirir ki, QHT sədri çıxışı zamanı ökəmizdə özünüməşğulluq proqramının həyata keçirildiyini, bunu müsbət qarşıladığını və bu istiqamətdə xeyli işlər görüldüyünü bildirərək, buradakı bəzi problemləri dilə gətirib.
Eyni zamanda o, problemlərdən çıxış yolu kimi özünüməşğulluq proqramındakı təlimatlar, qərarlar və digər məsələlərə araşdırma aparıb yenidə baxmağı təklif edib.
“Müharibə qazisi iki il özünüməşğulluq üçün sorğulardan keçdi, sonra cavab gəldi ki, alınmır”, - Rey Kərimoğlu deyib.