İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.
Qaziler.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, 27 oktyabrdan 3 noyabradək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2575, 9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.