Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MSK-nın qərarı ilə 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.