Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin CFA İnstitutu filialının prezidenti Alper Alkan və icraçı direktoru İlke Homrişlə görüş keçirilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, görüşdə CFA ilə UNEC arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və müvafiq razılaşmalar əldə olunub.
Qeyd edək ki, UNEC 2018-ci ildə CFA akkreditasiyasını qazanıb və institut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib.